BUZLAQ DƏYİRMANI

buzlaq kütləsində dairəvi dərinlik. B.d. süxur parçası və buzlaq çatına düşən ərimiş buzlaq suları vasitəsilə əmələ gəlir. ледниковая мельница glacial mill, glacial moulin
BUZLAQ DƏRƏSİ
BUZLAQ DİLİ
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle‎, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu. Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu. Əsasən rənglərdə, pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal, yanacaq tərkibli-alov, yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement, əhəng, gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar, millər) fırlanması zamanı və üyüdülən obyektlər ("yük" adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür. Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
"Sədərək" un dəyirmanı
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dərnəgül Dəyirmanı (1991)
Həsən Dəyirmanı (Talış)
Həsən Dəyirmanı (fars. حسن دايرمان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (31 ailə).
Skobelev qardaşlarının dəyirmanı
Skobelev qardaşlarının dəyirmanı — Bakıda malakan Sergey və İvan Skobelev qardaşları tərəfindən tikilmiş dəyirman binası. Bəzi mənbələrdə onların bu dəyirmanı Hacı Zeynalabdin Tağıyevlə birlikdə tikdirdikləri də qeyd olunub. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 1820-ci ildən başlayaraq, malakanlar öz dini inanclarına görə Cənubi Qafqaza, Krıma, Sibirə və digər ərazilərə sürgün ediliblər. Azərbaycanın da bir çox bölgələrinə köçürülən malakanlar əsasən kənd təsərrüfatı ilə məşğul olublar. Skobelev qardaşları 1860-cı ildə Bakıya köçməmişdən qabaq Mərəzə kəndində əkinçiliklə məşğul olublar. Bakıya gəldikdən sonra onlar ikinci malakan icmasının üzvü olublar. Sergey və İvan Skobelev qardaşları 1872-ci ildə Bakıda 2 buxar maşınlı dəyirmanın əsasını qoyurlar. Skobelev qardaşları 1902-ci ildə Bakıda yeni dəyirmanı tikmək üçün Bakı Şəhər Dumasına müraciət etdikdə 1902–1904-cü illərdə Bakı Şəhər Dumasının sədri olmuş Aleksandr Novikov buna qarşı çıxıb.O bunu onunla əsaslandırırdı ki onların dəyirmanı tikmək istədikləri ərazi gələcək 10 ildə şəhərin mərkəzinə çevriləcək. Yaratdığı səs küy və narahatlığa görə o dəyirmanın şəhərin kənarında tikilməsini istəyirdi.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Buzlaq qaz soğanı
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Perito Moreno (buzlaq)
Perito Moreno Buzlağı (isp. Glaciar Perito Moreno) — cənub-qərbi Argentinada dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Pataqoniyanın Kampo de Hielo Sur buzlaqının bir uzantısıdır. Pataqoniya tədqiqatçısı Fransisko Paskasio Morenonun adını daşıyır. Ən yaxın, ən böyük yaşayış məntəqəsi 80 km məsafədəki El Kalafatedir və bu milli park buzlağa turlar üçün ideal başlanğıc nöqtəsidir. Buzlaq Los-Qlasyares Milli Parkının və bütün Argentinanın əsas görməli yerlərindən biridir. Perito Moreno Buzlağı Antarktida və Qrenlandiya istisna olmaqla, az tanınan buzlaqlardan biridir. Eyni zamanda buzlaq getdikcə böyüməkdədir. Bunun səbəbi Sakit okeandan gələn buludların And dağlarına çox güclü yağışlar buraxmasıdır. 60 km buz kütləsi gündə təxminən 1 m irəliləyir. Bu kütləvi kütlədə davamlı çatlama və qırılma səs-küyləri ilə xarakterizə olunur.
Sartan buzlaq epoxası
Sartan buzlaq epoxası (rus. Сартанская ледниковая эпоха, ing. Sartan Ice Age) — son Pleystosenin axırlarında Sibir dağlarında sonuncu dağ buzlaşması, Taymırda və Putorana platosunda isə örtük buzlaşmasının inkişaf epoxası. Bəzən vahid Son Pleystosen /Zıryan/ buzlaşmasının axırıncı mərhələsi kimi başa düşülür.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası (rus. Валдайская ледниковая эпоха, ing. Valdai Ice Age) — Ş. Avropa düzənliyində Üst Dördüncü dövr buzlaşması epoxası (70-dən −11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qədər çatmışdır. Vaxt etibarilə Q. Avropanın Vyurm və Vislin buzlaşmalarına uyğun gəlir.
Dərnəgül dəyirmanı (film, 1991)